Bu gün yağışdı şəhər - yazdı  Arzu Hüseyn

Ədəbiyyat 13:31 / 02.10.2024 Baxış sayı: 1352

 

Ən çox ağladığım gecə,

Ən çox güldüyüm səhər.

Xəbərin olmur, olmasın.

Bu gün çətin gün çıxa,

Bu gün yağışdı şəhər.

 

Bax ürəyim o ürək,

Nə köhnə, nə təzə tər.

Görüşümə gəlmədin,

Eynidir bəhanələr.

Bu gün yağışdı şəhər...

 

Gizlənib yuvasında,

Qara gözlü sərçələr.

Yollar su yarışması.

Ay halımdan bixəbər,

Bu gün yaman sənsizəm,

Bu gün yağışdı şəhər...