Bəhram Bilaloğlundan İKİ ŞEİR

Ədəbiyyat 12:25 / 07.09.2024 Baxış sayı: 2097

   ***

Çərxi-fələk dövran edir,

Halımı döndərmək üçün.

Ümidlərim addım atır, ,

Açan gülü dərmək üçün.

 

Dəyişməzdi bu,ruh halım,

Yolunda eşq sədası var.

Görünməyən məkandır ki,

Sular içrə,adası var.

 

Səba gələr,əsər,hər dəm,

Qonaq olar,şah evinə.

Sevgilərim məskən salıb,

Aman verməz,kin sevinə.

 

Duaların yolun getdim,

Düşdüm səma qatlarına..

Ruhum səcdə edən zaman,

Yetdim səna qatlarına.

   

  ***

Min bir əziyyətlə getdiyin yolun,

Qarşıda tükənməz sərvəti vardır.

Ömrünü qələmlə keçirənlərin,

Allah bəxş etdiyi,neməti vardır.

 

Kimsəyə bənzəməz,əhli qələmlər,

Olsa da, onların varı-dövləti.

Bir tikə çörəyə,möhtac etdilər,

Qurdular dünyada,bucür vəhşəti.

 

Sanma zirvələrin pilləsin qalxdı,

Biçarə adamlar verdiyi səslə.

Yazıq adamların haqqın yedilər,

Kiminlə gedəydim,mən,hansı kəslə?!

 

Məhkum eylədilər savadsızları,

Ağ vərəq üstünə yazılmış adla.

Necə danışmayım,susum ki,indi,

Aldatdı,vəd verdi,şirin bir dadla.

 ***