Bakıda tələbələr arasında dava - 1 nəfərə 5 xəncər zərbəsi vuruldu
Bakının Xətai rayonunda kütləvi dava düşüb, ağır xəsarət alan var.
Yenises.az xəbər verir ki, hadisə Məhsəti küçəsi 5 a ünvanında qeydə alınıb.
Belə ki, 5 nömrəli Peşə Liseyinin 4-cü kurs tələbəsi 2005-ci il təvəllüdlü Nəsirov Elmir Ramil oğlu sözügedən təhsil ocağının tələbəsi ilə mübahisə edib.
Mübahisə zamanı tələbə E.Nəsirova xəncər vasitəsilə 5 dəfə zərbə endirib.
Yaralı ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.
Hazırda Xətai Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışına başlayıblar./apa