Azərbaycan və Ermənistan spikerləri görüşəcək
Milli Məclisin sədri Sahibə Qafarova ilə erməni həmkarı Alen Simonyan arasında görüş keçiriləcək.
Yenises.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Görüşün gələn həftə Cenevrədə keçirilməsi planlaşdırılır: "Parlamentlərarası İttifaqın 149-cu iclasında iştirak etmək üçün spikerin rəhbərlik etdiyi nümayəndə heyəti 12-16 oktyabr 2024-cü il tarixlərində Cenevrəyə (İsveçrə Konfederasiyası) göndəriləcək".