Aləmzər Sadiqqızı : - Sozümlə yaşaram öləndən sonra...

Ədəbiyyat 08:53 / 28.04.2025 Baxış sayı: 844

 

Gec oldu bu dönüş, yaman gec oldu,

Adını qəlbimdən siləndən sonra...

Özümü qoymuşam yeddi qatına,

Göylərin qədrini biləndən sonra...

 

Bitibdi könlümə verdiyim cəza,

Bir ömür dərd verdim bu mələk qıza,

Bu payız ömrümü çevirdim yaza,

Tale gözlərimə güləndən sonra...

 

Bilmədim ömrümə gəldin hayandan,

Bağladım üzünə yolu o yandan,

Cismimlə köçərsəm bir gün dünyadan,

Sözümlə yaşaram öləndən sonra!

28.4.2025.