Fərhad Tapdıqoğlu : - Haqqı

Bulvarda gəzintiyə çıxmışdım.Orada qızğın iş gedən, yeni tikilən yaşayış binalarının yanından keçərkən,köhnə tanışlarımdan biri olan Haqverdi ilə rastlaşdım.Hal - əhval tutduq. Haqverdi dil- boğaza qoymadan üyüdüb ,tökməyə başladı.:
-- Bir kiçik marketim var.Ondan gələn qazancımla verməliyəm: işıq haqqı,su haqqı,qaz haqqı,icarə haqqı,ev kirayəsi,işlətdiyimiz ərzaqların,meyvə - tərəvəzlərin haqqı,geydiyimiz paltarların haqqı,uşaqların təhsil haqqı...
Axı mən işləmirəm,almıram əmək haqqı...
Bundan başqa hələ var: "Sahə müvəkkilinin haqqı,verginin haqqı," sanepstansiyanın " haqqı, " pojarnının" (yanğınsöndürənin)haqqı...
Mənim ona təəccüblə baxdığımı görüb and içdi:
--İnanmırsan?Dinimiz haqqı,məzhəb haqqı,vicdan haqqı...Quran haqqı...
Kiçicik fasilədən sonra:
--Çörək haqqı...
Mən dedim:
--Haqq bizə verib yaşamaq haqqı...yaşamalıyıq..Amma gəl danışaq haqqı-na...
Sən sadaladıqların haqq alanlardan başqa vicdanlıları ,yaxşıları da çoxdur...
Bəli,bizim haqqı-mız var,yaşamaq haqqı-mız...Əlbəttə bəzi " üzdəniraqlar" qoyurlar haqqı-mıza " mız"...
Haqqı-mıza girənlər ,haqqı-mızı yeyənlər də var. Elələrinə gərək halal etməyək haqqı-mızı...
Bu zaman Haqverdi kərpicləri daşıyıb ,qalaq- qalaq yığan fəhləni göstərib dedi:
---Görürsən necə işləyir? Yazıq yorulub...İşləyir hıqqına- hıqqına... Bilirsən onun haqqı nə?..Gündəlik 20 manat..
-- Sahibkarlar var ki,verirlər yüksək əmək haqqı,bunu da demək lazımdı haqq-ına...
Haqverdi mənimlə razılaşdı,mövzunu başqa istiqamətə yönəltdi:
--Sən Sovet dönəmində zavodda sex rəisim olanda mənə çox hörmət eləmisən.Mənim boynumda çoxdur sənin haqqı-n. Sənə nə hörmət edim?
Mən:
--Sənə halal eləyirəm haqqı-mı- deyib ondan birtəhər qırıldım.
Düşündüm:
--Gərək həyatda verməyəsən nahaqqa haqqı. Həmişə danışmışam haqqına.
Bəli çox zaman haqqı tapa bilmirik..Nə deyim haqq haqqında...Amma görünmür haqq çox zaman ...çəkilir gizlənir ədalət- haqq qında ...
.....Valideynlərimizin çoxdu boynumuzda haqqı...
Ha əlləş,vuruş gecə- gündüz lap elə hıqqın...heç vaxt əvəzin ödəyə bilməzsən onların çəkdikləri əziyyətin,zəhmətin haqqı-n...
...Bu reallıqdır...Ölüm haqdır...Bizim bir əbədi dünyamız var...Haqq Dünyamız...
...Mən bu yazımı gecə yarısı yatağımdan qalxıb ,oturub yazdım...
İnanmırsınız?? And içim??
ALLAH HAQQI...!!!