Afiq Muxtaroğlu : - Demirmi?
***
Qara-qara sevdaların adına,
İçdiyimiz şərabların dadına,
Baxıb-baxıb öldüyümüz qadına,
Kimi günah, kimi savab demirmi?
Ürək deyən əvvəl-axır düz olur,
Son görüşün baxışları buz olur,
And yerimiz çörək olur, duz olur,
Kimi Quran, kimi kitab demirmi?
Get-gəl olar, yollarımız aşınar,
Çırpılarıq çınqılına, daşına,
Bu, dünyanın hərləndikcə başına,
Kimi niyyət, kimi təvab demirmi?