Xəyalə Sevil - Düzdüm xatirələri...

Ədəbiyyat 09:23 / 11.08.2026 Baxış sayı: 342

Düzdüm xatirələri,

Ürəyim taxça kimi.

Bu günü də bağladım,

Bağladım boxça kimi.

 

Adam belə təklənir,

Belə təklənir adam.

Həyat həmin həyatdı,

Nə o daddı, nə o tam.

 

Əl-ayağım yuxulu,

Di gəl, bir işə yatmır.

Bir qırıq həvəsim var,

Heyf, yaşamağa çatmır.