Şahverən Cavad - Sonu görünməyən növbədir dünya

Ədəbiyyat 09:52 / 11.08.2026 Baxış sayı: 365

.

 

Bir vaxt ayağımın əzbərlədiyi

cığır- yaddaşından silinib , gedib .

Quşu qayıtmayan yuvalar kimi ,

Yelləncək günlərim intihar edib .

 

Sevincinə ünvan ola bilmədim ,

Neyləyim , qapımı tanıyıb dərdlər .

Sonu görünməyən növbədir dünya ,

Uğur həmişə gec , əcəl tez gələr .

 

Ömrümün odunda yanan günlərin

külü saçlarımda dönübdür ağa .

Barsız ağac kimi sevənim olmaz ,

Kölgəsi altına düşən çırağam .

 

Yaddaş muzeyimin qapısı bağlı ,

Nurlu xatirələr min bir sirr deyir .

Hər işıq vicdantək kölgə götürməz ,

Hər gözün işığı kölgəli deyil .

05 . 08 . 2026