Salam Sarvan -   darıxma, düzəlməyəcək!

Ədəbiyyat 20:00 / 10.08.2026 Baxış sayı: 883

Nə qalan kimi qalıram,

nə gedirəm gedən kimi.

Bir yekəpər Ölüm gəzir

yanımda Cangüdən kimi.

 

Deyəsən dəli oluram,

qılan yox əlac başıma:

gövdəsindən dırmaşıram

yıxılmış ağac başına.

 

Ya sök, ya tik, nə fərqi var,

bu daxma düzəlməyəcək.

Gəl sənə təsəlli verim:

darıxma, düzəlməyəcək!