Xəyalə Sevil - Ara-sıra yadıma da düşürsən,
Ara-sıra yadıma da düşürsən,
Ara-sıra darıxıram da sənsiz.
Əvvəliydi, yarısıydı, sonuydu,
Harasından qayıtmışdıq yolu biz?
Hər şey eyni- bilmədinsə, bilmə heç,
Düzəldirəm dağıtdığın düzəni.
Belə asan, belə sadə, belə tez
Nə bilmişdin, unudarammı səni?
Ara-sıra gülürəm sözlərinə,
Telefonda səsin qalıb, silmirəm...
Ara-sıra düşürəmmi yadına?
Məni necə unudursan, bilmirəm