Əbülfət Mədətoğlu - NİGARIM
( Nəvəm Nigarın Doğum gününə)
Sən ata adımı nəvəli etdin
Əbədi bir taxtın əvvəli etdin!
Hamıdan dövlətli - dəvəli etdin -
Nigarım!
Nilufər qızımın Nigar gülüsən
Mənim ürəyimin nübar gülüsən
Düzünü söyləsəm Vüqar gülüsən -
Nigarım!
Səsin həyatımdı, özün balımdı
Dediyi hər kəlmə, sözü balımdı!
Mənim söylədiyim " Qadan alım"-dı -
Nigarım!
Hər yeni ad günün tərdi, təzədi
Bu günün sevinci bizi bəzədi!
Şerim bu məclisə bir növ məzədi -
Nigarım!