Fərhad Tapdıqoğlu - Adam yaşamaq üçün yesə də...
Düşüncələr
Adam yaşamaq üçün yesə də,hərdən görmədiyi yerləri gəzmək ,yemədiyi şeyləri yemək üçün yaşamaq istəyir...əsasən yaşa dolanda...
=
Biliyiniz də,dünyagörüşünüz də,bacarığınız da ,yaşınız da...hamısı uyğun gəlsə,birinizin pulu olub,digərinizin yoxdursa,dostluğunuzdan söhbət gedə bilməz...
Pullunun pullu dostu olar,pulsuzun pulsuz...
P.S.Əgər istisna hallar olarsa,o zaman münasibətlərdə səmimiyyətin yoxluğu mütləqdir.
=
Çox zaman yüksək vəzifələrə ,mərtəbələrə can atıb məqsədlərinə çatanlar, yaşamaq üçün adətən aşağı mərtəbələri seçirlər...
=
İnsafı olmayan dindən danışmamalıdır...
Axı "insaf dinin yarısıdır"...
=
Sevincli,şən ,xöşbəxt məqamlar mənə çox həvəssiz yaxın gəlir...
Kədərdən ,qəmdən nə qədər qaçsam da,yenə məni yaxalayır...
=
Əgər bir insan başqasını xöşbəxt etməklə öz xoşbəxtliyini tapırsa,demək arada sevgi var...
=
Həyatda ən çox sevdiklərimiz belə,bizimlə həmişəlik deyillər.Odur ki,zamanında onlara sevgi dolu vaxt ayırmaq lazımdır...
=
Nə sonsuz qadının ,nə də sonsuz kişinin arzuları,istəkləri,diləkləri sonsuz olmur...