Xəstəxanada İNTİHAR

KRİMİNAL 07:28 / 16.03.2023 Baxış sayı: 1407

Bu  gün Nəsimi rayonu ərazisində yerləşən Milli Hematologiya və Transfuziologiya Mərkəzində intihar hadisəsi qeydə alınıb.

Yenises.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, orada müalicə olunan 2002-ci il təvəllüdlü Gülşən Abbaslı özünü 4-cü mərtəbənin pəncərəsindən atıb. Ağır xəsarət alan qız Kliniki Tibbi Mərkəzə aparılsa da, vəfat edib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Məlum olub ki, G.Abbaslı onkoloji xəstəlikdən əziyyət çəkib və bir müddət imiş Milli Hematologiya və Transfuziologiya Mərkəzində müalicə alırmış.

G. Abbaslı Bakıda fəaliyyət göstərən universitetlərdən birinin tələbəsi olub.

Hadisə ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, faktla bağlı zəruri araşdırmalar həyata keçirilir.