Xatirə Rəhimbəyli - Zirvdə tuturdum xatirəni mən
Zirvdə tuturdum xatirəni mən
Özün düşüb getdin xoşaxoşluqla
Gözümü zilləyib hər səhər-axşam
İxtilat edirəm mən o boşluqla
Gözümü asmışam mən o zirvədən
Bu eşqin önündə bax dikdi başım
Yuyur, üzüağam , bulud kimidi
Yuyur üz-gözümü gözümün yaşı .
Nə dinim dəyişdi , nə qibləm mənim ,
Heç işim olmadı mərəkələrlə
Tanrıya sözümü çatdıra billəm
O zirvyə gələn məlakələrlə
Ucada tuturdum xatirini mən
Özün düşüb getdin xoşaxoşluqla
Gözümü zilləyib hər səhər -axşam
İxtilat edirəm mən o boşluqla ....