Xatirə Rəhimbəyli - Nə sualdı gözündəki, ey təbib
Nə sualdı gözündəki, ey təbib ,
Bu saxtakar dünya qəvi, mən qərib .
Hərdən-hərdən özün mənə göstərib
Çıxıb gedən haqdan ötrü ölürəm
Bu nə daşdı yollarıma tökülən ,
Bu nə dağdı yollarımda dikilən?
Ürəyimə körpə ikən çəkilən
Heç solmayan dağdan ötrü ölürəm
Bu dünyanı bir sitəmkar bilmişəm
O baxışı könlümə yar bilmişəm
Mən o yarı həmişə var bilmişəm
Yoxmuş... yoxmuş ..yoxdan ötrü ölürəm