Fərhad Tapdıqoğlu - Düşüncələr
"Bir baxginən gör nə gözəl tor qurubdur hörümçək"
Deyirsən ki,"bir baxginən, gör nə gözəl tor qurubdur hörümçək!"...
Baxdım...gördüm...
İndi sən də mən çəkdiyim dərdlərimi hörüm, çək...
Fərq eləməz dərdlərimi istəyirsənsə,mümkündürsə tərəzidə "çək"...
Bacarsan əgər lap şəklini "çək"...
Bacarırsan mən çəkdiyim dərdlərimi apargınan sən də çək...
Yoox,mən çəkəni sən çəkmə...
"Çəkib aparmağa çatacaq gücüm,
Bu dərdin mən boyda arabası var"
...Hər bir kəsin vardır öz ayyaqabısı ( tuflisi),öz çəkməsi...
Hər bir kəsin öz gücü var ,öz dərdlərini özü çəkməsi...
Odur ki,dərdlərimi vermərəm mən bir kimsəyə ,əl çək...
Mənim olan dərdlərimdən gözünü çək...
=
Sevincimi oğurlayıb aparan adam,yaxşı bax,əslində apardığın dərdlərimdir...
=
Günlərim dəhnəsini sel aparmış arxa bənzəyir...
Bir müddət sonra arxın da ömrü bitər,izi tamam itər...
Elə mənim də...