Xatirə Rəhimbəyli - Mən yavaş bala deyiləm
Mən yavaş bala deyiləm
Nə gözümdəkin yaş bilmə ,
Nə də bağrımı daş bilmə !
Haqqı sən ayaq-baş bilmə,
Dərd, sən məni yavaş bilmə,
Mən yavaş bala deyiləm !
Qara günüsən əynimin ,
Çinisən hələ çiynimin !
Çöndərmə dəli beynimi ,
Dərd, sən məni yavaş bilmə ,
Mən yavaş bala deyiləm !
Sinəmdə bir hicran yatır ,
Hicranına üsyan yatır...
Köksümdə bir vulkan yatır !!!
Dərd ,sən məni yavaş bilmə ,
Mən yavaş bala deyiləm !!!
Ömür zindan , həyat zülm !
Bir mən , bir başım , bir əlim .
Ey. üstümə gülmə, ülüm ,
Qoyub səni sapandıma
İtirərəm ililm-ilim !
Dərd ,sən məni yavaş bilmə ,
Mən yavaş bala deyiləm !!!
Mən --Tanrısına qul bəndə ,
Şöhrət cəngəlliklərində
NƏ pul var , nə silah məndə.
Əyləşib sənin hücrəndə
Süzürəm zamanı gendən
Sən nəsən yeyəsən məni ,
Mən özüm qaçmıram səndən !!
Dərd ,sən məni yavaş bilmə ,
Mən yavaş bala deyiləm !!!