DƏRD- MƏRD KİŞİLƏR - Ələddin Əzimli
" Sətirlərdəki sən "dən
Dərdin
bacısı yox, qardaşlı yox,
dostu, sirdaşı yox.
Əli yox, qolu yox-
yapışasan bir yerindən.
Elə dərdlər var ki
nə məkanı, ocağı var,
nə çarəsi, əlacı var.
Dərdin
səsi kəm,
sədası kəm.
Xəbər verə bilə
gəlirəm,
ya da,
deyə bilə yorulmuşam,
daha çıxıb gedirəm.
Dərd
elə dərddir.
Bəzən, həlim, yumşaq,
bəzən, daşdan da bərkdir.
Dərdə
boyun əyənlər var.
Dərddən qaçanlar var.
Bu dünyada
nə yaxşı ki
haqqı bilən ərənlər var.
Salam olsun,
dərd daşıyan sərt kişilər!
Nə yaxşı ki varsınız,
təkəmseyrək mərd kişilər!