Tofiq Əmrahov - Tənhalıq...

YAZARLAR 11:00 / 19.05.2026 Baxış sayı: 726

 

(davamı)

******

Bəzən tənha qalan adamın " necəsən" sualına cavab verməsi hətta uzun bir qışı belə qurtarır.

İnsan bəzən çox həssas olduğu üçün, çox susduğu üçün, bəzən də onu anlayacaq adamlar hələ yolunu tapmadığı üçün ...

Əslində dağın başındakı armud ağacı da boş yerə dayanmır. Uzaqdan baxan biri üçün, o bəlkə də mənzərənin ən canlı yeridir.Sadəcə ağac bunu bilmir, ancaq insanlara anladır.İnsan da çox vaxt öz dəyərini, öz tənhalığını içində itirir.Halbu ki, hardansa, kimsə onun səsini, fikrini, varlığını gözləyir.Sadəcə yollar gec kəsişir...

---...

İnsan çox qəribə canlıdır- həm kiminsə gəlməyini istəyir, həm də onun gəlməyinə inanmır. Bəzən insan o tənhalığın özünü gözləmir...dağ başındakı ağac kimi. Bahar gələndə yarpaqlayır, çiçək açır, amma qışın onu tək qoyacağını da bilir...deyir neyləməli mən ki etibarsız deyiləm...

Davamı var.