Bəhram Bilaloğlu - Sevgimin ən ali zirvəsi sənsən
Sevgimin ən ali zirvəsi sənsən,
Adını məhəbbət qoymuşam sənin.
Hicrana yol tapan səbəb olmayıb,
Adını səadət qoymuşam sənin.
Səninlə başlanır,bitir sevgilər,
Ruhuma yasaqdı olmadığın yer.
Bütün varlığımı təslim etmişəm,
Varlığa sazaqdı qalmadığın yer.
Günəşin siması,ayın nurusan,
Sanma bənzətmişəm,günəşə,aya.
Həssas duyğularım titrəyir,Allah,
Sonsuz bu eşqimi bənzət pak çaya.
Özüm öz içimdə durulum hər an,
Yadlara tapşırma durğunluğumu.
Səndən başqasına ərzin etmədim,
Nolar, qəbul eylə,vurğunluğumu.