AY Bəniz Əliyar - "Neyləyir xalxın uşağı?",
"Neyləyir xalxın uşağı?",
Maraqlandırmır açığı.
Başımı salıb aşağı,
Sadə şeirimi yazıram.
Öz işimdə şaham, şirəm,
Öz qazanımda bişirəm.
Bəzən belə yetişirəm
Dadə, şeirimi yazıram.
Olur, kükrəyir coşuram,
Olur, həddimi aşıram.
Ağ vərəqlərdən daşıram,
Badə şeirimi yazıram.
Almışam ömrü tərkimə,
Əyri işim yox, çəkinəm,
Bağlanıb öz soy-kökümə,
Zadə şeirimi yazıram.
Belə daşına-daşına,
Baxmıram gözün yaşına.
Çatıram mənzilbaşına,
Vədə şeirimi yazıram.