Xatirə Rəhimbəyli -  Gözüm yaşı gördü elə obaşdan

Ədəbiyyat 12:43 / 18.10.2026 Baxış sayı: 1328

Gözüm yaşı gördü elə obaşdan

Bir ömür çıxmadı döyüş-savaşdan.

Bir şey alınmadı bu qaçaqaçdn

Farağat! Olmadı!Gəl bir də... başdan!

 

Hardadı o igid-özündən deyən,

Kimisi baş kəsən,kimi baş əyən...

Çəkib-çevirirəm,olmur mən deyən

bu həyat...

Olmadı!

Gəl bir də...başdan...

 

Kimləri devirdim,bax,üsyanımnan,

Amma çıxammadım eşq zindanından.

Qoy qopsun ,adını silsin qanımdan

Qiyamət!

Olmadı...Gəl bir də

Başdan..