Şakir  Xaqnhüseyinli - AYAQ SÜRÜYƏN şeir...

Ədəbiyyat 18:00 / 18.10.2026 Baxış sayı: 3070

 

Ayaq sürüyürəm bəzən-

bilmirəm nədən-

bir gərəkli

addım atmağa,

ən lazımlı

yerə getməyə...

Ayaq sürüdüyümü sanıram

lap iti sürət alanda,

ürəklə bir iş görəndə də...

Olur ki,

evdən çıxmağa ayaq sürüyürəm

nəyim var birdən

əlimdən çıxacaq deyə...

...bax,mənə sarı

bir şeir də ayaq sürüyür elə bil,

bir söz söyləməyə

ağzımda dilim ayaq sürüyür...