Adilə Nəzər -  NƏ GƏRƏKDİR

Ədəbiyyat 13:30 / 17.10.2026 Baxış sayı: 1920

 

Tanrı verən canı geri alırsa,

İnsandan insana bac nə gərəkdir.

Toxlar Yaradanı tanısaydılar,

Onda bu dünyaya ac nə gərəkdi.

 

Sevgi ürəyindən keçən oxdusa,

Ağlamaq sevincdən belə çoxdusa,

Əgər taleyində ağ gün yoxdusa,

Qaraya boyanan saç nə gərəkdi.

 

Baxma ki, arabir gülübdü üzün,

Fəxr elə hər zaman düz olub düzün.

Adilə, dəyərsən elə sən özün,

Bu qızıl başına tac nə gərəkdir.