Xatirə Fərəcli.- Xoş günahım

Sən mənə bədəl, cəza,
sən mənə bəxşiş idin.
Bir yığın xatirən var
hara yığım, nə edim?
Açıq yarama məlhəm,
gizlinim, xoş günahım,
susub sinə dolusu
çəkdiyim qəfil ahım.
Nə ad verim ananda,
nə tapıb nə itirdik?!
Bir olmayan o birlik
bitməliydi, bitirdik.