Xanım İsmayılqız - Səsinin rəngini gördüm

Ədəbiyyat 09:41 / 22.11.2026 Baxış sayı: 820

Səsinin rəngini gördüm,

Gözlərinin səsini eşitdim.

Lap yanımda idin,

Əlim çatmadı...

Ya əllərim qısalıb,

Ya yol uzanıb.

Ya sən qaçırsan,

Ya ruhum havalanıb.

Nəfəsin boynuma sarılıb,

Səsindən gecə ağarıb.

Gözlərinin sözünü

çəkirəm ürəyimə,

Görə bilmirəm...

Görə bilmirəm...

ı 1999