Şakir  Xanhüseyinli - BİR ARZUM VAR...

Ədəbiyyat 10:21 / 22.11.2026 Baxış sayı: 823

 

bir arzum var- göyqurşağı...

bir arzum var bir şüasından tuta-tuta gedib günəşə çataram

bir arzum var “dağ havası,bulaq suyu...”

bir arzum var:kimin yanğısına çiləyim?

bir arzum var büdrədimmi, tez yapışar qolumdan

bir arzum var inamımdı,imanımdı...

bir arzum var uçurumlarda körpülənir və mən keçirəm

bir arzum var tikanları təmizlər sevgilərin yolundan

bir arzum var:sər verər,sirr verməz...

bir arzum var:qara bağlamaz,yara bağlar...

bir arzum var...qurşunları havadaca qapmağa qadir

bir arzum var quşlara dən səpir,gülləri sulayır,nəğmə oxuyur...

bir arzum var inaddı,tərsdi,dürüstdü,düzdü...

bir arzum var: əslində sonsuz sayda...

2013