Əlizadə Nuri - Ömür neçə varaq tutur?

Ədəbiyyat 10:41 / 22.11.2026 Baxış sayı: 810

 

Bir xatirə ağacı ək,

Məni unutduğun yerdə.

Durub bir şam yandırarsan

Adımı tutduğun yerdə.

 

Ömür neçə varaq tutur?

Bir can neçə yamaq tutur?

Özümü ağlamaq tutur

Səni ovutduğum yerdə.

 

Dərib atar kalımı da,

Soruşmaz heç halımı da.

Ölüm silər xalımı da

Dünyanı udduğum yerdə...