Vətən sevgisi

YAZARLAR 13:53 / 05.11.2026 Baxış sayı: 450

 

44 günlük haqq savaşımızda Vətənin müqəddəsliyinə tapınıb şəhidlik yolunu seçən qəhrəmanlardan bir də  19 noyabr 1977-ci ildə Sabirabad rayonunun Nərimankənd kəndində dünyaya göz açan Mətləb Məhəmməd oğlu Cəfərovdur. Yurd sevgisi ilə boya-başa çatan polad biləkli igid  30 il yağıya əsir düşən Qarabağımızın azadlığı uğrunda son damla  qanına qədər döyüşüb, 43 yaşında adını tarixə yazıb. Şərəfli ölümü ilə milyonların ürəyində özünə abidə ucaldan şəhid Mətləb Cəfərovun ömür yolunu Azərbaycan xalqı  örnək saymaqla onunla qürur duyur. O,  ucaldığı əlçatmaz, ünyetməz göylərin parlaq ulduz kimi yolumuza işıq saçmaqla bərabər, həm də deyir:” Vətən torpağı namusdur, onu qorumalı, sevməli, eləcə məqamı gələndə onun yolunda ölməyi bacarmaq lazımdır.”

Şanlı zəfərimizin müəlliflərdən biri olan Mətləb Cəfərov  9-cu sinfə qədər doğma kənd məktəbinə gedib.  Nümunəvi davranış və yaxşı oxumaqla  məktəbdə hamı ona hörmət göstərib.  İki il isə paytaxt Bakıda liseydə təhsil alıb. Doğma yurdunu qəlbən sevən Mətləb xalqına daha gərəkli övlad olmaq  məqsədilə ali təhsildə alıb.

Yağının ölkəmizə qarşı etdiyi işğalçı siyasəti ilə heç barışmayan Mətləb Vətənin müdafiəsinə qalxıb. Ordu sıralarına qatılaraq məqamı gələndə  fədakarlıq, mərdlik  nümunəsini göstərib. Qana susamış erməni dığalarını qanda boğmaq onun əsas arzusu, amalı olub. Böyük komandirlərin verdiyi tapşırıqları məsuliyyətlə yerinə yetirib, hərbi sirlərini mükəmməl öyrənməkdən ötrü vacib təlimlər zamanı  bütün sınaqlardan  uğurla keçib. Həmişə də tabeliyində olan əsgərlərə bildirib ki, Vətənin hər qarışı  gözəldir.  Qeyrətli oğul öz yurdunu düşmən verməz.

Mətləb Cəfərov  xidməti başa vurub baş leytenant rütbəsində ehtiyata buraxılıb.  Qəlbində  Vətən, torpaq sevgisi, düşməndən alacağı öcü gözləyib.

Sentyabrın 27-si səhəri  Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı səbəbindən Vətən müharibəsi başlanıb. Azərbaycanın qəhrəman oğulları otuz ilə yaxın  məkrlı  düşmənə əsir düşən əzəli yurd yerimiz olan  Qarabağın  azadlığı uğrunda döyüşlərə atılıblar. Mətləb Cəfərovda  onların sırasında  yer alıb. Müharibənin ağır və qorxulu mühiti ona  adi hal kimi görünüb. Ən qaynar  nöqtələrdə döyüşməklə  düşmənə sarsıdıcı zərbələr endirib, onun xeyli canlı qüvvəsini, texnikasını məhv edib.  Azad olunan Vətən torpaqlarında üçrəngli, müqəddəs bayrağımız ucaldıqca Mətləb dığalara qarşı daha da qəddar olub. Füzuli-Cəbrayıl istiqamətində gedən  ağır, qeyri-bərabər döyüşdə  yüksək rəşadət, şücaət nümayiş edib.  Qarabağımızın hər qarış torpağının azadlığı üçün erməni dığalarına qan  qusdurub, ürəyincə qisas ala-ala qələbəyə doğru addımlayıb. Uzun bir  ölüm-dirim  döyüş yolu keçən  baş leytenant  Mətləb  Cəfərov   noyabr ayının 2-si Qubadlıda  düşmən gülləsinə tuş gəlib.  Ağır  yaralanan Sabirabadın qəhrəman oğlu 18 gün koma vəziyyətdə qalıb. Həkimlərin bütün səyinə baxmayaraq,  noyabrın 20-si, yəni doğum günündən bir gün sonra şəhidlik zirvəsinə ucalıb. Vətənpərvərliyin ən ali məqamına yetişib ölümsüzlüyə qovuşan Mətləb Cəfərov  dövlət tərəfindən “Vətən uğrunda”, Füzulinin, Şuşanın azadlığına görə medallara layiq görülüb.

Mətləb  Cəfərov Vətən, torpaq yolunda öz canından keçməklə  əsrlərə sığmayan ləyaqətli,   şərəfli bir ömür qazandı. O, cismən aramızda olmasa da, onun əziz xatirəsi həmişə  xalq tərəfindən uca tutulur.

Zəfər  ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü