Məmməd Qədir - Dəfn eləyərsən

Ədəbiyyat 12:20 / 05.11.2026 Baxış sayı: 558

 

Mən yenə ordayam, Ayüzlüm, orda,

Son görüş yerinin gözləri dolub...

Key kimi duruxub qalmışam burda,

Ləpiri su yuyub, izləri dolu.

 

Mən yenə ordayam, orda, Ayüzlüm,

Candan əziz olan başqa yerim yox...

İlahi, hicrində nələrə dözdüm,

Mənim səndən özgə ölüm-dirim yox...

 

Bir də baxıb gördüm tək qalmışam ki,

Sonuncu əsgərəm döyüş yerində.

O qədər gözümlə sulamışam ki,

Bənövşə cücərib görüş yerində...

 

Elə bağlayıb ki, dərdin, hicranın,

Ayağım yapışıb yerə, yerimir.

Aldada bilmirəm canımı, canım,

Gözlərim quruyub, ürək kirimir.

 

Son ricam, son arzum, ay sevgi pirim,

Bacarsan Məmmədi əfv eləyərsən.

Sənin həsrətindən ölən şairi,

Görüş yerimizdə dəfn eləyərsən..