Universitetin dekanı SAXLANILDI

Azərbaycanda universitet dekanı saxlanılıb.
Yenises.az bildirir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin dekanı, professor Nəsibov Famil Nəsir oğlu saxlanılıb. F. Nəsibovun Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində rüşvət üstündə saxlanıldığı bildirilir.