Tofiq  Əmrahov -  Tənhalıq

YAZARLAR 10:23 / 13.05.2026 Baxış sayı: 252

 

Kənddə evimlə qabaq-qənşər, dağın başında bir armud ağacı bitib. Bəlkə də mənim yaşımdan da çox əvvəl.

- O, yalnız may ayının 1,2,3 tənha qalmazdı.İlin qalan vaxtlarında tək-tənha...il boyu küləklərlə danışar, dumanla örtülər, yağışlarla da islanar. Heç kəs yanına gəlməz, səsini eşitməz. Amma yenə də içində çiçək açmağa bir səbəb saxlayar...İnsan tənha qalanda bəzən o armud ağacına bənzəyir. O ağac qəribə dərəcədə insan kimidir...

- Mayın 1-2-3-ü gənclər gəlir, gülüşür, mahnılar, səs-küy.

- Ağac bir-neçə günlüyə dünyanın mərkəzi olur. Sonra hamı gedir...yenə külək, yağış, qar...yenə səssizlik...

- Elə insanın tənhalığı da bax elə bu ağacın tənhalığı kimi...Bəzi günlər həyat içimizdə tonqal kimi yanır, bəzi günlər isə yalnız köz qalır.

- Amma tənha ağacların bir üstünlüyü var ki, onların kökləri dərinə gedir. Heç kəsə söykənə bilməyəndə, ağac da, insan da torpağa daha çox möhkəm bağlanır...

- O, ağac indi də həmin dağın başındadır, yaşayır. Heç kəs gəlməsə belə yenə baharı gözləyir. Yarpaqlayacaq, çiçək açacaq...gələnlərə qucaq açacaq, kölgə salacaq...

- İnsan, tənha qalan o insan da bəzən sadəcə bir baharı gözləməklə yaşayır.

- İnsan sadəcə qəribədir-ən çox danışılmağa ehtiyacı olanların qapıları gec döyülür.

- -----

- Tənha insanın da yanında onu güldürən, dinləyən, anlayan biri olmalıdır. Çünki insan yalnız nəfəs almaq üçün yox, eşidilmək üçün yaşayır...

Davamı var