Ehtiram İlham - Bir günün xoş keçmədi,

Ədəbiyyat 10:54 / 13.05.2026 Baxış sayı: 299

...Bir günün xoş keçmədi,

üstünə günəş doğsun,

Höyüşdü üstün-başın,

yağmurların adamı.

Yurdu tikə-tikədi,

adlayammır sərhəddən

Gedir Araz boyunca

Samurların adamı.

Elə günə qoyublar

bu biçarə milləti,

Sındırılıb, əyilir

dəmirlərin adamı.

Başını dikib yerə

yaşayammır hamıtək,

Ölüb qurtara bilmir

ömürlərin adamı.

12.05.25.