Arzu  ADA - XƏYAL ÜRÜNÜ DEYİL

YAZARLAR 12:33 / 13.05.2026 Baxış sayı: 278

OLMUŞ HADİSƏ.

 

...

Kəndə dogru qapqara ..bəni insan qılıqlı iki şəxs irəliləyirdi.

Öndə şiş papaqlı ...uzun əbalı əlində uzun təsbehli kəndin mollası Şükür gəlirdi .

(hec xoş gələnə də oxşamırdı)

Bir addım geridə .əynində bu yerin adamının qılıq qiyafətiinə uygun gəlməyən kimsə sanki sürünürdü.

Kəndin itləri bu qəribə varlıqları görüb səs səsə vermişdilər .

...İtlərə nə var?

Kəndin bu başında itin biri həyəcan siqnalı verən kimi kəndin o başındakı itlər hazır vəziyyətə <gətirilirlər>)

İt dayanışması ..it həmrəyliyi deyək buna da . .

Nə isə .

Kənddə it hürdümü eşiyə tökülüşmək də kənd adamlarının <həmrəyliyi> kimi bir şey idi

---Bu da tamam .

Hamı kənd yolu ilə irəliləyən bu canlıları maraqla seyr edirdi .

....

.. .Fəxi əslində ...(Fəxrəddin)...düz 20 il idi ki kəndini görməmişdi

Nə dədəsi ..nə nənəsi... nə də o dünyaya üzüsulu 20 yaşda gedən qardaşının yasına belə gəlməmişdi

...Gələ bilmirəm ..!

Pulum yoxdur !.xəbəri ilə işə yekun vurmuşdu..

Səhər tezdən əlində telefonla təyyarədən kəndə varid olan Fəxi solugu tanıdıgı molla Şükürün qapısı önündə almışdı .

Hec olmasa molla ölməyə ...bu fikirlə Şükürün qapısını döyəndə mollanı sap..saglam görüb hətta ürəyində sevinmişdi də..

...Bu şogəribdə ölən sifətmi var?!. deyə düşünmüşdü..

Qıssa xoş.. haldan sonra məqsədini mollaya deyib

cibinə bir şax 50 ..lik basıb ardınca gəlməyi tapşırmışdı Fəxi.

Budu bu da dədə və nənəsinin qəbri ...hərdən təpiyinin altına salıb döydüyü qardaşı .

Qəbristanlıqda bir səssizlik vardı

Yəqin səhər tezdən oldugundandır ki hamı hələ yatırdı )

...(Başqa yerlərdə guya ki oyanırlar ))

Hə bu da üç başdaşı .

Üçü də əyilmiş sual şəklində maddım. maddım gələn adamın üzünə baxıb

---Nə yaxşı ?!....deyrcəsinə Fəxiyə baxırdılar sanki ..

Fəxi də şəkillərə baxdı

Şəkildəkilər tanış gəlmədi .

Molla başı ilə

...Bunlardır ..deməsəydi ötüb kecəcəydi

Zarafat deyil onları Fəxi belə qoyub getməmişdi axı..

Nədən belə qocalmışdılar bunlar... düşünərkən üstündəki adları oxuyub ayaq saxlamalı oldu .

Hüseynov Fərzi Hüseyn oglu

Hüseynova Sənəm Məmmədin qızı )

Hüseynov Hüsü Fərzi oglu.

Dədəsi anasını belə çagırardı

. Məmmədin qızı

MƏMMƏD DƏ ƏMİSİ OLURDU DƏDƏSİNİN....

Quzuları itirib gələndə dədəsinin belinə çəkdiyi qırmancın xatırladı .Fəxi

Bax bu yanda yatan Məmmədin qızı da dədəsinə stimul vermib ..qaza gətirmişdi ..

Dədəsinin gözünə baxdı ..

Allah ...allah üstündən illər kecib bu kişinin hirsi hələ də soyumayıbmı ?!

O günkü kimi baxırdı Fəxiyə .

Şəkillər elə istiqamətdə baş daşına

vurulmuşdu ki Fəxi hara tərəf dururdusa rəhmətliklər onun üzünə baxırdılar ..

Hirsli hirsli

Üzünə tüpürmək istəyirdilər sanki

Qəbrlərin o baş ..bu başına fırlanmaqdan yorulub onların baxışlarından yayına bilməyəcəyini anlayan Fəxi mollaya işarəylə :

....Di ..başla ..komandası verdi.

Molla üzü .. cırıq bir dəftərcə cıxarıb mızıldanmaga başlayanda Fəxi bu yolla <övladlıq ..qardaşlıq borcunu> tamamlamayacagını düşünüb cibindən bir alışqan cıxarıb qəbrin üstünəcən qalxmış quru otlara od vurdu

təmizləmək ücün hərəkətə kecməyi düşündü.

Elə ilk <odlu həmlədən> sonra əsən külək odu qəbirlərin yanından ilan kimi sürünüb ətrafa yaymaga başladı .

Bunu görən molla əynindəki əbasını soyunub od alan quru otları söndürməyə girişdi..

....Kopoyoglu ...lənətə gələsən... neylədin ?... deyib

Fəxini söyməyə başladı .

Dumandan göz gözü görmürdü..

Başındakı boz şiş papaq yerə düşdü.

Fəxi fürsəti fötə verməyib mollanın papagı ilə digər istiqamətdən alova girişdi .. alovu döyəcləyib söndürməyə başladı

Od bütün qəbirlərə ..(xətir ..hörmət gözləmədən.. varlı... kasıb demədən ) qarsaqlayıb yayıldı ..Molla durmadan Fəxini söyürdü..

Yasın söyüşə qarışanda ƏDƏBİYYAT OLUR .))

YİYƏSİNƏ DAHA TEZ CATIR .)

Nəhayət mollayla . . Fəxii alovu ram etməyi bacardılar ...

Mollanın şiş papagından əsər əlamət qalmamışdı Üstündəki qıvırcıq tüklər ütülüb yumaga dönmüşdü

Uzun əbasının bir qulagını yanıb xeyli qısalmışdı..

Fəxi başını qaldırıb molla Şükürün üzünə baxanda anladı ki bu əziyyətin müqabilində bir 50 lik cox sönük qalır .

Fəxi bu baxışları göydə tutdu tez cibindən bir 50 daha cıxarıb mollaya uzatdı ..

Oldu da ..da neyləyək ?...deyər kimi mollanln ardınca yola düşdü

Yasin davamı filan ..

halallaşmaq ..belə yaddan cıxıb getdi işinin dalınca

Onsuz da sakitcə yatan rəhmətliklərin bu həngamə hec veclərinə də deyildi.

Dilləri olsaydı :

. Xoş getdin ...belə deməyəcəkdilər

Səhər Günəşi yandırıb tökürdü..

Fəxi son dəfə dədəsinin və nənəsinin üzünə baxmaq ücün cevrildi..

Qəribədir hiss icindəki şəkillərin baxışları bu dəfə Fəxiyə yazıq yazıq baxırdılar

Ancaq bu dəfə Fəxi onların gözünə baxa bilmədi

Cünkü .

Fəxinin üzü qəbir daşlarının üzündən də qapqara idi .

Qəbiristanlıqdan cıxanda aglına gələn ilk fikir təyyarəyə bilet alıb buradan qacmaq idi )

Zamanı itirmişdi Fəxi

Pasport ...kimlik cibində idi .

Son.