Tapdıq ƏLİBƏYLİ : - Şairlər bir ömür eşq sərxoşları...
jpg-1739777574.jpg)
17 fevral - bənzərsiz qəzəlxan Əliağa Vahidin (17.02.1895 - 01.10.1965) doğum günüdür! Ehtiramla, rəhmətlə anırıq.
Şairlər bir ömür eşq sərxoşları,
İlham pərisinin hüsnündən xumar.
Könlü misra-misra söz naxışları,
Başına hər vədə çəkiıməz tumar.
Şairlər əlləşir yer-göy üzündə,
Ruhunu oxşayan sözlə ovunur.
Düzünü söyləyir, qalsa da düzdə...
Özünün odunda sözü qovurur.
Şairlər dünyanın söz divanəsi,
“Divan”ı üstündə qurulub divan...
Dərisi soyulub, ancaq haqq səsi
Susmayıb, ucalıb, susmaz heç zaman!..