Şövkət Zərin Horovlu. -  Bu ömrü neynirəm , Allah

Ədəbiyyat 20:00 / 22.11.2026 Baxış sayı: 498

 

Desəm öldürərlər, deməsəm ölləm.

Bir ömür yaşadım ,uzun bir ömür,

Gedirəm dünyanən ağır köçündə.

Dörd yana baxıram adamla dolu,

Bir insan tamıram,insan içində.

Gəldiyim dünyada nələr görürəm,

Gözlərimi necə bağlayım , Allah?

Məmur çamuruna batıb bu ölkə,

Bilmirəm,gülüm ya ağlayım,Allah?

Gözü ayağının altımı görmür,

Saraylar bərq vurur,maşınlar cüt-cüt.

Əli,əl üstündə başın sallaylb,

Qulluğunda durub gör neçə igid?

Biri çətrin tutur,biri pencəyin,

Qapıda heykəltək dayanır biri.

Onun qulluğuna tez çatsın-deyə,

Yuxudan hövlənık oyanər biri.

Məktəbə aparır, biri uşağı,

Bir maşında arvad salona gedir.

Yağışın altında dayanacaqda,

İslanan qocanı məmur seyr edir.

Hər gün apar-apar ötür-ötürdür,

Pul -para içində üzür kəmfürsət.

Qayğıdan əl açan vecinə deyil,

Dini -imanı da sərvətdir, sərvət.

Bizim hamımızın Tanrısı birsə,

Torpaq hamıza bərabərdisə?

Birinin uşağı gecə ac yatır,

Sərvətimiz nədən birinə çatır?

Nəlkə miras qalıb ona bu ölkə,

Nədən həzm eləyir dədə malıtək?

Gecə yuxuda da kreslo bilib,

Qalxıb çarpayıdan yapışır bərk -bərk.

Başıma cavabsız min sual dolur,

Ağlımı çaşdırır , fikrimi yorur.

Alimə,şairə məhəl qoyulmur,

Bilmir ki ,bir günü nəynən ötüşsün?

Məmur övladına firəvan həyat,

Kasıb balasına şəhidlik düşür.

Sən özün cavab ver,boyük Yaradan,

Bəndəndə bir belə tamah haradan?

Gözüm görəcəksə bir belə günah,

Verdiyin bu ömrü neynirəm , Allah!