Şirxan Arablı - ULU ÖNDƏR
Ədəbiyyat
19:11 / 10.05.2026
Baxış sayı: 520
Sən nurunla,
Varlığınla,
İnsanlığın nəyə qadir
olduğunu göstərmisən!
Vətən sənə oğul dedi,
Sən vətəni ana bilib,
Xidmətinlə,
Qüdrətinlə,
Şöhrətinlə yüksəltmisən!
Ulu öndər!
Heç bir zaman sönməyəcək,
Düz yolundan dönməyəcək,
Əməllərin!
Sən əbədi günəşisən,
Bu millətin!
Tarix boyu yaşayacaq,
Nur saçacaq-
Ürəklərdə məhəbbətin