Adil Şirin - Şəhlaya...

Ədəbiyyat 11:11 / 11.05.2026 Baxış sayı: 207

 

 

 

Həsrətinin yollarında,

Duman oldum, çən oldum.

Yanağında göz yaşları,

Saçlarında dən oldum.

Gülüm mənim, bu sevgidə

Sənin payın nə oldu?

Hədər gedən arzuların,

Günün, ayın nə oldu?

Dərd vermişəm

Sənə sevinc yerinə,

Saçlarının ipəyini soldurdum.

Gözlərinə baxa-baxa,

Qəlbindəki o sevgini qopardım,

Gözündəki o sevinci apardım...

Gözlərinin çiçəyini soldurdum...

Yumaz günahımı yağışlar mənim,

İndi necə deyim bağışla məni...

Bu dünyanın üzü soyuq,

Sənsiz könlüm oyuq-oyuq...