Sevil  Adilqızı : - DÜZ  ADAMLAR

Ədəbiyyat 13:33 / 11.05.2026 Baxış sayı: 212

 

Yaman dəyişib dəngələr,

Çoxalıb dalan, döngələr.

Baxırsan qalıbdır mələr,

Gözün döyür düz adamlar.

 

Çaqqalı seçiblər ağa,

At oynadır sola, sağa,

Dirəyiblər üzün dağa,

Dizin döyür düz adamlar.

 

Mənliyin vara satmayır,

Neyləsə də boy atmayır,

Gücü heç kimə çatmayır,

Özün döyür düz adamlar.