Bəhram Bilaloğlu : - Bir ömür dolanır
Bir ömür dolanır yurd, yuva salsın,
Qatlanır qatlara, bir izi qalsın.
Cahil yaşamasın, bəxtiyar olsun,
Danışan adamlar aşdılar səddi,
Əzdilər hörməti, izzəti, həddi.
Səbəb bəlli idi, gözlər görmədi,
Yazıq ruh binəva eşqi dərmədi.
Nəfsindən ağrısız ömür sürmədi,
Yolların izində qaldı beləsi,
Dedilər: “Bir daha gəlməsin səsi.”
Çəkənlər bilirlər nəfsin ağrısın,
Unutmaq istəməz şeytan çağrışın.
Görəndə səhnədə qulun bağrışın,
Qorxuya düşərlər, deyərlər: “Eyvah!
Gəl bizi bağışla, ey böyük Allah.”