Əşrəf Veysəlli - DƏYİRMAN DAŞI
Ədəbiyyat
09:13 / 11.05.2026
Baxış sayı: 319
Dənliyində dən tükənib,
bu daş boşuna fırlanır.
Çaqçaxı baş ağrısıdır,
ömrün qışına fırlanır.
Nə gələn var, nə də gedən,
yoxmu burda dən üyüdən?
Bu daşı kimdi hərlədən,
ya öz xoşuna fırlanır.
Daş da daşa ruzi kimi,
aşiq olmaz özü kimi.
Bir qurbanlıq quzu kumi
dərdin başına fırlanır.
1991- ci il.