Şair Dəyanət Osmanlı "...dil və ədəbiyyat" forumuna niyə dəvət edilmədi?... Narazılıqlar artır...

MÜSAHİBƏ 09:25 / 07.09.2023 Baxış sayı: 2788

Dəyanət Osmanlı: “Forumda o 500 nəfərdən 300-ü boğazotaran və sair idi”

 

Azərbaycan Dili və Ədəbiyyatı Forumu Respublikamızda ilk dəfə idi ki, keçirildi. Sözün düzü, bu forumdan həm dilçilərin, filoloqların, həm də yazıçı və şairlərin gözləntiləri az deyildi. Hər kəs gözləyrdi ki,  bu foruma dəvət edilən insanlar, onların çıxışları, irəli sürdükləri təkliflər çağdaş ədəbi və elmi yaradıcılıq sahəsinə, ədəbiyyatımıza, dilimizə, filoloji düşüncəmizə yeni ab-hava, dəst-xətt gətirəcək.

Amma forumun ilk günündən biz daha çox narazılıq dolu mesajlar aldıq, cəmiyyətə verilən informasiya belə oldu ki, foruma heç də layiqli qələm adamlarının hamısı dəvət edilməyib, elanı görüb qeydiyyardan kimlər keçiblərsə hamısını Şamaxıya aparıblar. Bir sözlə, Azərbaycan Dili və Ədəbiyyatı Forumuna baxışlar fərqlidir, narazılıq edənlər az deyil. Kimin gəldi foruma aparılması ciddi qələm adamlarının narazılığına səbəb olub. Foruma dəvət almayan şairlərdən biri də AYB İdarə Heyətinin üzvü, şair, publisist və jurnalist, Prezident təqaüdçüsü, Azərbaycanda Atatürk Mərkəzinin Baş redaktoru Dəyanət Osmanlıdır.

  • “İctimai və ədəbiyyat sferasında gördüyüm işlər, dəyişməz dövlətçi mövqeyim və varlığım onların gözlərini kor edib”

Dəyanət Osmanlının Foruma dəvət almamasının səbəblərinə özü ilə əlaqə saxlayıb aydınlıq gətirdik.

Yenises.az  xəbər  verir kiu,  D.Osmanlı “Bakı-Xəbər”ə bildirib  ki, o cür təbirlərə dəvət edilən adamlar xüsusi adamların xüsusi siyahısına düşənlərdir, tədbirlərə hər dəfə eyni adamlar, eyniu zamanda əksərən dəxli olmayanlar dəvət edilir, siyahıya düşə bilməyənlər isə artıq belə ictimai tədbirlərdən birdəfəlik kənarda qalır. Buna görə də haqqı çatan ziyalılar, qələm adamları arasında ciddi narazılıqlar olduğunu deyən D.Osmanlı vurğuladı ki, bu prosesi aidiyyəti təşkilatlarda qarışdıran xüsusi əllər var: “Bu, heç yuxarı da çıxmır, aşağıdaca həll olunur. Narazılıq edənlər çoxdur. Əsasən də tanınmış insanlar var ki, onlar ədəbiyyatda, mədəniyyətdə sanballı xidmətləri olan insanlardır. Onlar ayrı-seçkiliyə məruz qalması başadüşülən deyil. Bu da ədəbiyyat və mədəniyyət sahəsində aşağı səviyyədə mövcud olan qruplaşmaların “fəaliyyət”inin nəticəsidir. Müəyyən təşkilatlarda işi siyahı tutmaq olan insanlar var ki, onlar qruplaşmalarda yer alır və çalışırlar ki, ədəbiyyatda, mədəniyyətdə və digər sahələrdə xidmətləri olan milli mövqeli adamların adlarını siyahıdan çıxarıb onları narazı salsınlar və onların yerinə heç bir xidməti, mövqeyi, dəyərli əsəri-filan olmayan öz adamlarının... adlarını yazsınlar. Nəticədə də cəmiyyət içində müəyyən narazılıqlar yaransın. Məsələ burasındadır ki, bunlar məsuliyyəti bir-birinin üstünə atırlar. Deyirlər ki, biz yazıb vermişik, yuxarıda yerdə çıxarıblar. Adam da filirləşir ki, bu münasibət görəsən nəyə görədir?..

...Orada iştirak edənlərə gəlincə, Forumda o 500 nəfərdən 300-ü boğazotaran və sair idi”.

D.Osmanlı qeyd etdi ki, nəinki Azərbaycan Dili və Ədəbiyyatı Forumuna, ondan əvvəl  keçirilən mühüm tədbirlərə də dəvət almayıb: “O, tədbir, mükafat, ev, fəxri ad siyahısı tutub, həll edənlərin gözləri məni kimiləri görməz. Çünki ictimai və ədəbiyyat sferasında gördüyüm işlər, dəyişməz mövqeyim və varlığım onların gözlərini kor edib. Rəsmi mətbuatda 30 illik fəaliyyətim, 1996-cı ildən Yazıçılar Birliyi üzvlüyüm, 1997-ci ildən AYB İdarə Heyəti üzvlüyüm olsa da,

... Və Azad Şuşada Vaqifin məqbərəsinin açılışına dəvət olunmadım:

- çünki 2018-ci ildə Türküstanda böyük şairin 300 illik yubileyində əsas məruzəçi idim və Mədəniyyət nazirinin adını çəkməmişdim (niyə çəkməliydim, bilmirəm, amma bu irad mənə rəsmi səviyyədə tutulmuşdu);

- çünki TÜRKSOY tərəfindən Ankarada M.P.Vaqifin 6 dildə olan kitabının nəşrində yaxından iştirak etmişdim;

Şuşada keçirilən Vaqif poeziya günlərinin heç birinə dəvət olunmadım:

- çünki müharibə dönəmində ilk dəfə "Zəfər öyküləri" şeirlər silsiləsini yazıb çap etdirmişdim;

- çünki Şuşa İlinə ilk töhfə olaraq "Zəfər duyğuları" poeziya antologiyasını rəsmi layihəm əsasında nəşr etdirmişdim;

Ədəbiyyat Fondunun Şabranda təşkil etdiyi "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" adlı tədbirə dəvət olunmadım (AYB İdarə Heyətinin üzvü olsam da):

- çünki bu mövzuda 5 kitabın həmmüəllifi, bir çox kitabın tərtibçisi və redaktoru idim;

Şamaxıda keçirilən "Azərbaycan dili və ədəbiyyatı günlərinə" dəvət olunmadım:

- çünki dövlətin dil-ədəbiyyat siyasəti ilə bağlı bir neçə rəsmi layihə müəllifiydim və bir neçə kitab tərtib etmişdim...

Və sair...” - deyə bildirdi.