Elnur Uğur Abdiyev : - Azərbaycan bayrağı!

Ədəbiyyat 10:39 / 29.05.2025 Baxış sayı: 1282

Müstəqilliyin mübarək,Vətən!

 

Şəhidlərin qanından yoğrulmusan,halalım

Gündüzlər al Günəşim, gecələrsə hilalım.

Azadlıq xəzinəmə sənsən cahım-calalım,

Namusumun örpəyi, ismətimin duvağı,

Azərbaycan bayrağı!

 

Hər rəngində bir ülfət doğur bəşərə eşqi,

Dalğalan dalğalnsın qoy göyün yerə eşqi.

Kölgəndə işıq saçır yurdun zəfərə eşqi,

Ey zülmətin bağrını yaran haqqın çırağı,

Azərbaycan bayrağı!

 

Bir çətirtək açıldın Vətənin göylərində,

Kölgəndə yaşıllaşdı dağım,dərələrim də.

Öpür ay ulduzumu qırmızı dan yerində,

Varlığımın varlığı, sabahımın növrağı,

Azərbaycan bayrağı!

 

Yaşılın əbədiyyət, həyatın aynasısan,

Göy rəngin bəşərilik sən eşqin anasısan.

Səmalardan enmisən, yurdumun səmasısan,

Sən ey söz yağışımın üçrəngli göy qurşağı,

Azərbaycan bayrağı!

 

Daima şux dayan sən bizim ön cərgəmizdə,

Sənə baxıb güc alaq, dərs alsın dünya bizdən.

Hər dalğası kişnər at həyat adlı dənizdə,

İnamımın yelkəni, əqidəmin sancağı,

Azərbaycan bayrağı!