Şabranda mikroavtobus aşdı - 1 ölü, 17 yaralı

KRİMİNAL 20:23 / 22.09.2022 Baxış sayı: 1276

Şabran rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenises.az   apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Aygünlü kəndi ərazisində qeydə alınıb.

Mikroavtobusun aşması nəticəsində bir nəfər ölüb, 17 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.