Sabir Zəkullaoğlu : - Bu dəhşətdir.

İnsanın içində boşluq olanda, o boşluq ətrafdakı yan təsirlərin vasitəsiylə mütləq ki, bir şeylə dolur.
Bu həm də fizikanın qanunudur.
Əlbəttə. Kasıbın olanından. Ətrafda nə təbliğ olunursa, əl çatan nə varsa, insan öz içini onunla doldurub, kamilləşmək, bütövləşmək istəyir.
Ancaq təəssüflər olsun ki, bizim kimi, idarə olunan cəmiyyətlərin böyük əksəriyyəti, təxminən 70 % - i, düşünməkdən məhrumdurlar.
Hərdən düşünürəm ki, bu kimyəvi tərkiblə, biz necə olub ki, ağıllı, elmli xalqların içində asimlasiya olub getməmişik?
Necə olub ki, bu ağılla biz dövlət qurmuşuq? Bizim bayrağımız, gerbimiz, əməlli başlı himnimiz zadımlz da var..
Vallah möcüzə budur.
Ərəbstanda, Kərbəla çölündə heç bir möcüzə filan olmayıb.
Sadəcə tarixin əbədi və əzəli mübarizəsi olan, hakimiyyət uğrunda mübarizə olub.
Bu qədər sadə..
Ümumiyyətlə Kərbəla hadisəsi quranla ziddiyyət təşkil edir.
Quran deyir ki, Allahın izni olmasa, nə bir qum dənəsi yaranar, nə də bir qurumuş yarpaq qopub yerə düşə bilməz..
Əcada, əgər bu belədirsə, demək allah özü belə istəyib.
Bəs siz nə istəyirsiz, İmam Hüseyinə yas tutan insanlar?
Bütün dinlər, insanlar arasında təfriqə salmaq, insanları bir - birlərinə qırdırmaq, tabeliyində olan müəyyən bir kütləni idarə etmək üçün, ağıllı adamların ortalığa atdıqları bir vasitədir.
Bir din ki, mənim dostumla, qardaşımla münasibətlərimi soyudur, bir din ki mənim 50 ilik dostumla olan münasibətlərimizi zədələyir, o din ədalətli, dünyəvi, ilahi, səmavi ola bilməz..
Mənim bildiyim allah yaxşı işlərə imza atan, insanlarda məhəbbət, sevgi hissi aşılayan bir varlıqdır..
Azərbaycanda din dövlətdən ayrıdır. Bu çox yaxşıdır. Ancaq Azərbaycanda din adı altında baş verən proseslərə dövlət mütləq əl qoymalıdır.
İnsan 4, 5 yaşında uşaqlara İmam Hüseyin sevgisi adıyla cahilliyi, xurafatı təbliğ edirsə, bu artıq özündə nəinki mənəvi, hətta cinayət məsuliyyəti yaradır.
100, 200, 500, 1000 nəfər kişini bir yerə yığıb ağlatmaq nə demək?
Bu hadisə, insanlara mənəvi travma yaşadır. İnsanlarda mübarizə əzmi yox, əksinə mütilik, itaətkarlıq aşılayır.
İllah da hələ həyatı dərk etməyə macal tapmamış körpələrə, yaşamaq eşqi yox, "kaş İmam Hüseynin yerinə mən öləydim" kimi ifadələrlə zəhərləmək, nə demək?!
Bu dəhşətdir.
Dövlət mütləq tədbir görməlidir...