...ruh uçuşuna bənzər -  Sevinc  Qərib 

Ədəbiyyat 08:52 / 16.11.2026 Baxış sayı: 2180

***

...ruh uçuşuna bənzər

bəzən uzaqlara əl etmən,

xəyalının su üzərindən

yerişini izləmək kimi..,

...dualarına azadlıq verərsən,

nəfəsinə qoşulub rəqs edər

buludların ətəyini öpə-öpə.

Geri çəkməyə macalın olmaz,

buxarlanar havada.

Ulduz-ulduz qar yağar

göyə tutduğun ovcuna,

bilməzsən Tanrının cavabıdı,

ya uzaqların salam sovqatı...