Ramiz  Qusarçaylı -Udduğum hər oyunda

Ədəbiyyat 14:11 / 26.07.2026 Baxış sayı: 359

***

Udduğum hər oyunda

Şərti dəyişdirdilər.

Gördülər zərim verir,

Nərdi dəyişdirdilər.

Pozub ritmi, bəstəni,

Sovurdular dəstəni

Hər yerdə xor bəslənir

Fərdi dəyişdirdilər.

Nə üstə tül çəkirdim,

Nə bezib əl çəkirdim,

Elə gözəl çəkirdim

Dərdi dəyişdirdilər.

Ta ovutmur sükut da,

Çox üşüdüm bu odda,

İçimdəki mən adda

Mərdi dəyişdirdilər.