Ağaevli Əli Hacı -Yaxşılığa

Ədəbiyyat 12:55 / 25.07.2026 Baxış sayı: 381

Ayrılığı söz etməyək,

Gəl,ayrılaq yaxşılığa !

Araz axsın aramızdan,

Körpü salaq yaxşılığa !

 

Əyiləndə tərəzilər,

Haqsız gəlib haqqı əzər !

Adam,sevdiyin əzizlər

Əziz qalaq yaxşılığa !

 

Nə ortada Araz olsun,

Nə ortada bir söz olsun !

Baxmağa lap,bir göz olsun

Bir göz olaq yaxşılığa