Qoyma, dayazda boğulum - ƏLİZADƏ NURİ
Ədəbiyyat
11:29 / 25.07.2026
Baxış sayı: 374
Ürəyimin içindəsən-
Axı necə atım səni?
Bütün yalanlar deyilib
Bəs nəynən aldadım səni?
Qoyma, dayazda boğulum,
Gedim Arazda boğulum.
...Hər gün bir az da boğulum
Hər gün bir az batım səni...
Getdin, məni xəstə qoyub,
Dərdi dəstə- dəstə qoyub...
...Gəl, sözü söz üstə qoyub
Bir şeir yaradım səni...